ManşetÖlkə içi

Naxçıvanda yeni qayda: Türkiyə və İrana gedənlər ayda bir dəfə yük gətirə biləcəklər

Bu həftənin əvvəlindən etibarən Naxçıvan Muxtar Respublikasının sakinlərinin qonşu ölkələrə səfər etməsi qaydaları dəyişdirilib. JAMAZ.İNFO xəbər verir ki, hadisələrin ilk günlərində, yəni Naxçıvan Gömrük Komitəsində həbslərdən sonra yerli sakinlərin İran və Türkiyəyə keçməsinə hər hansı məhdudiyyət qoyulmamışdı.

Elə bu səbəbdən idi ki, naxçıvanlıların uzun müddət idi onlar üçün çətinlik yaradan və şərtli şəkildə İran və Türkiyəyə gedişi xeyli artmışdı. Hər gün qonşu ölkələrə keçərək, həm dolanışıqlarını təmin, həm də evlərinə bazarlıq etmək üçün sakinlər, bu həftənin əvvəlindən yeni qaydalarla üzləşiblər.

Əldə edilən məlumata görə, Naxçıvan sakinlərinin İran və Türkiyəyə səfər etməsində məhdudiyyət tətbiq edilməyib. Lakin onların Muxtar Respublikaya özləri ilə mal və məhsul gətirmələrinə məhdudiyyət qoyulub. Belə ki, ilk günlər adambaşına 60 kq yük gətirə bilənlər, bunu hər gün reallaşdıra bilirdilərsə, həftənin əvvəlindən buna qadağa tətbiq edilib. Belə ki, Naxçıvan sakinləri yalnız ayda bir dəfə Türkiyə və İrandan gömrük rüsumu olmadan yük gətirə biləcəklər. Yüksüz gediş-gəlişə isə heç bir məhdudiyyət qoyulmayıb.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikası Türkiyə və İranla həmsərhəddir. Türkiyə ilə Sədərək rayonu ilə İğdıra keçmək mümkündür. İrana isə Culfa və Şahtaxtı gömrük keçid məntəqələri vasitəsi ilə İranın Culfa və Poldəşt şəhərlərinə getmək mümkündür.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button