Siyasət

Ermənistandan Azərbaycana yeni təklif

Ermənistan Azərbaycana sülh müqaviləsinin layihə mətnində zəmanət institutunun yaradılmasını təklif edib.

Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

“Beynəlxalq təşkilatlar və ya dövlətlər tərəfindən sülh müqaviləsinin zəmanətçiləri institutu yaradılmalıdır ki, bu institut müqavilənin icrasını təmin edə bilsin. Biz, həlli mümkün olmayan böhran yaranarsa, beynəlxalq məhkəməyə mümkün müraciət mexanizminin yaradılmasını təklif etdik”, – deyə A.Qriqoryan bildirib.

“Təkliflərdə Qarabağla bağlı məqam varmı” sualına Ermənistan Təhlükəsizlik Şurasının katibi belə cavab verib: “Bu, danışıqların məsələsidir. Danışıqlar gedəndə, nəhayət, biz bu məsələni tamamilə anlayacağıq”.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button