Dünya

Peskov Bayden-Zelenski görüşünü şərh etdi

“Təəssüf ki, sülh üçün çağırışlar yox idi”.

Jamaz.info Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov ABŞ prezidenti Co Baydenlə Ukrayna lideri Volodimir Zelenskinin Vaşinqtonda keçirilən görüşünü şərh edərkən deyib.

“Təəssüf ki, sülh üçün çağırışlar yox idi. Biz ABŞ və Ukrayna tərəfindən Rusiyanın narahatlığını dinləməyə hazır olmaq barədə heç bir söz eşitmədik”, – Peskov bildirib.

Sözçü həmçinin Dmitri Roqozinin Donetskdə yaralanmasından danışıb. O qeyd edib ki, Vladimir Putin ona tezliklə sağalmağı arzu edib və ölənlərə başsağlığı mesajı çatdırılıb.

“Bütün risklərə baxmayaraq, Rusiya rəsmiləri Donetskə və Luqanska gedib-gəlməyə davam edəcəklər”, – deyə Kreml sözçüsü əlavə edib.

Peskov ABŞ-ın Ukraynaya “Patriot”lar verməsinə də münasibət bildirib: “Digər silahlar kimi, onlar da legitim hədəf halına gələcək”.

Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski müharibə başlayandan bəri xaricə ilk dəfə səfər edərək ABŞ-a getmiş, ölkə başçısı Co Baydenlə görüşmüşdü.(modern)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button