GündəmManşet

Qriqoryan: “İlin sonuna qədər sülh müqaviləsi imzalana bilər”

“Əgər Azərbaycan müsbət reaksiya verərsə, o zaman ilin sonuna qədər sülh müqaviləsinin imzalanması mümkündür”. JAMAZ.İNFO xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

O iddia edib ki, hər şey Azərbaycandan asılıdır. “Hər şey Azərbaycandan asılıdır, Ermənistan regionda sülhün bərqərar olması üçün səylərini davam etdirir və bununla bağlı öz addımını atıb”.

Onun sözlərinə görə, sülh danışıqlarının getdiyi bir vaxtda Azərbaycanın Laçın dəhlizini bağlaması yaxşı hal deyil. “Bu blokadanı Azərbaycan hakimiyyəti təşkil edib, vəziyyət kritik olaraq qalır”.

P.S. Əvvəla, Ermənistanın sülhdən danışması özü absurddur. 30 il Azərbaycanın torpaqlarını işğal edib, hazırda da Qarabağda separatçılara dəstək verən bir ölkənin sülhdən danışması gülməlidir. İkincisi, sülh sazişi haqqında ilk layihəni Bakı İrəvana təqdim edib və bir ildən çoxdur ki, Ermənistan ona cavab vermir. Üçüncüsü, Azərbaycandan asılı olan nə varsa, edilib. İndi Ermənistanın addım atması, danışıqlar masasına gəlməli və sazişi imzalamalıdır. Nəhayət, dördüncüsü, Qqriqoryan özü də yaxşı bilir ki, Laçın dəhlizini Azərbaycan yox, ruslar bağlayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button