Dünya

Paşinyan Rusiyanı ittiham etdi

Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin bugünkü iclasında Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontintentin fəaliyyətinən narazılıq edib.

Jamaz.info xəbər verir ki, Paşinyan sülhməramlıların 10 noyabr 2020-ci il tarixli bəyanatın 6-cı bəndində göstərilən öhdəliyi yerinə yetirmədiyini vurğulayıb:

“De-fakto belə çıxır ki, üçtərəfli bəyanatda təsbit olunmuş öhdəlik, yəni Laçın dəhlizinin nəzarətdə saxlanılması Rusiya Federasiyasının sülhməramlı qoşunları tərəfindən yerinə yetirilmir”.

Paşinyan azərbaycanlı ekofəalların və QHT nümayəndələrinin Laçın yolunda keçirdiyi etiraz aksiyasından danışarkən Rusiya sülhməramlı qoşunlarının vəziyyətə müdaxilə etməməsini pisləyib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button