Sosial

Dərmanların baha satılmasının daha bir səbəbi: Qiyməti süni şəkildə necə artırırlar?

Azərbaycanda dərmanların həddindən artıq baha satılmasının səbəbləri baraədə daha bir fakt aşkarlanıb.
Jamaz.info xəbər verir ki, bu barədə həkim Aydın Əliyev məlumat verib.
Onun sözlərinə görə, inhisarçılar (monopolistlər) və ya oliqarxlar süni qiymət artımı yaratmaq üçün dərman preparatlarını istehsalçı ölkədən birbaşa Azərbaycana gətirmir:
“Onlar dərman preparatlarını ölkəmizə idxal etməyərək, öncə ofşor zona olan 3-cü ölkəyə daşıyırlar. Məsələn, Dubaya. Əgər istehsalçıdan 1 dollara alıbsa, ofşor zonada onu məsələn, 5 dollara rəsmiləşdirir. Bundan sonra ölkəmizə giriş zamanı sənədlərdə 5 dollara aldığı göstərilir. Digər xərcləri də üzərinə gələndə o dərman vasitəsinin bizdə pərakəndə satışı ən azı 10 dollara yüksəlir. Halbuki birbaşa gətirilsə qat-qat ucuz olar”.(qaynarinfo)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button