Türkiyə XİN Talibanın təhsil qadağasını pislədi
Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Əfqanıstanda qadınların təhsil almasının qadağan edilməsi ilə bağlı Taliban hakimiyyətinin qərarına münasibət bildirib.
Jamaz.info “Anadolu” agentliyinə istinadən xəbər verir ki, nazirliyin açıqlamasında qərardan narahatlıq ifadə olunub.
“Əfqanıstanda xalqın gözləntilərinə uyğun olaraq bütün qız uşaqlarının təhsil hüququnun istisnasız şəkildə tanınması ölkənin rifahı və gələcəyi baxımından da önəm daşıyır. Bu çərçivədə sözügedən qərarın yenidən nəzərdən keçirilməsi və lazımi addımların dərhal atılması ilə bağlı gözləntimizi ifadə edirik”, – açıqlamada qeyd olunub.
Xatırladaq ki, ötən ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirmiş Taliban qruplaşmasının yeni qərarına əsasən, qızların və qadın müəllimlərin təhsil ocaqlarına girişi qadağan edilib.(modern)