Dünya

Zelenski müharibə başlayandan ilk xarici səfərinə hazırlaşır

Dekabrın 21-də Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-a gələcək və Kapitolini ziyarət edəcək. Bu, Ukrayna liderinin silahlı münaqişə başlayandan bəri ilk xarici səfəri ola bilər.
Jamaz.info xəbər verir ki, ilk olaraq bu barədə “Punchbowl News” məlumat yayıb.
“Punchbowl” qarşıdan gələn səfərin təfərrüatları, eləcə də Zelenskinin ABŞ-a mümkün səfəri ilə bağlı məlumat mənbələri barədə məlumat vermir. 2021-ci ildə keçmiş “Politico” jurnalistləri tərəfindən yaradılan nəşr ABŞ Konqresinin fəaliyyətinin işıqlandırılmasına yönəlib.
Daha sonra “Axios” mənbələrə istinadən məlumat verib ki, ABŞ Parlamenti Volodimir Zelenskinin bu həftə baş tutmalı olan səfərinə hazırlaşır. Bunun üçün Vaşinqtonda polis təhlükəsizlik tədbirlərini gücləndirir. “Axios”un sözlərinə görə, Zelenski Konqresin iki palatasının birgə iclasında çıxış edəcək.
CNN iki mənbəyə istinadən xəbər verir ki, ABŞ prezidenti Co Bayden dekabrın 21-də Ağ evdə Volodimir Zelenskini qəbul edəcək.
Fevralın 24-dən Volodimir Zelenski Ukrayna ərazisini tərk etməyib. O, martın 16-da ABŞ konqresmenləri ilə videobağlantı vasitəsilə danışıb.(qaynarinfo)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button