Dünya
Erməni deputat vəzifəsindən istefa verir
Ermənistan parlamentinin deputatı, hakim “İctimai Müqavilə” Partiyasının fraksiya üzvü Eduard Ağacanyan parlamentdəki vəzifələrindən birindən istefa verəcək.
Jamaz.info xəbər verir ki, bu barədə “Joğovurd” qəzeti mənbələrinə istinadən yazıb.
Belə ki, hazırda qanunverici orqanın xarici əlaqələr komissiyasının sədri olan Ağacanyan bu postdan imtina etmək niyyətindədir.
Qəzet yazır ki, deputat artıq bu barədə partiyadaşlarına arzusunu açıqlayıb və bu vəzifəyə daha uyğun namizəd tapmağı xahiş edib. Onun qərarının yaxın vaxtlarda ictimaiyyətə elan olunacağı gözlənilir.
Qeyd edək ki, Eduard Ağacanyan hakim partiya daxilində baş nazir Nikol Paşinyana yaxın olan kadrlardan hesab edilir.