Dünya

Gürcüstan hakimiyyəti Zelenskinin xahişini yerə saldı

Gürcüstanın hakim “Gürcü Arzusu” Partiyası Ukrayna prezidenti Volodimir Zelenskinin eks-prezident Mixail Saakaşvili ilə bağlı müraciətinə cavab verib.

Jamaz.info  Gürcüstan mətbuatına istinadən xəbər verir ki, cavab iqtidarı təmsil edən deputat Qivi Mikabadze tərəfindən səsləndirilib.

“Mən başa düşürəm ki, Zelenski məsələlərlə yaxşı tanış ola bilmir. Yaxud onun yaxın ətrafı ona yarımçıq informasiya çatdırır”, – deyə deputat bildirib.

Mikabadze Zelenskinin müraciətində yer alan mərhəmət çağırışına isə reaksiya verməyib.

Qeyd edək ki, Zelenski ötən gün Mixail Saakşavili ilə bağlı Gürcüstana müraciət edərək, onun azadlığa buraxılmasını xahiş etmişdi:

“Yəqin ki, indi hamı Mixail Saakaşvilinin vəziyyətini görə bilər. Ona görə də mən Gürcüstan xalqına, Gürcüstanın hakimiyyət orqanlarına müraciət edirəm. Miladdan əvvəl mərhəmət göstərilməlidir”.(modern)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button