Dünya

İsveç çevrilişə cəhd edən jurnalisti Ankaraya verməkdən imtina etdi

İsveç Ali Məhkəməsi Ankaranın 2016-cı ildə dövlət çevrilişinə cəhddə ittiham etdiyi jurnalist Bülənt Keneşin Türkiyəyə ekstradisiyasını qadağan edib.

Jamaz.info “Agence France-Presse”-ə istinadla xəbər verir ki, Türkiyənin terrorda ittiham etdiyi şəxslərin ekstradisiyası Ankaranın İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etməsi üçün əsas şərtlərdən biridir.

Qeyd olunur ki, Keneşin ittiham olunduğu bəzi cinayətlər İsveçdə qəbul edilmir, bu da işin siyasi mahiyyəti və onun qaçqın statusu ilə birlikdə ekstradisiyanı qeyri-mümkün edir.

2016-cı ildə Türkiyənin müxalif “Today’s Zaman” qəzetinin keçmiş baş redaktoru olan Keneş sabiq baş nazir Əhməd Davudoğlunu təhqir etdiyinə görə Ankara məhkəməsi tərəfindən 14 ay şərti həbs cəzasına məhkum edilib.

Bundan əvvəl Keneşə qarşı Türkiyə prezidentinin ünvanına sosial şəbəkələrdə səsləndirdiyi ifadələrə görə daha bir iş başlanmışdı. Keneş prezidenti təhqir etdiyi üçün saxlanılıb və daha sonra məhkəmə tərəfindən sərbəst buraxılıb.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button