Dünya

İran qonşuları ilə əməkdaşlığa hazırdır – Xarici işlər naziri

İran bütün qonşuları ilə əməkdaşlığa hazırdır.

Bunu İranın xarici işlər Hüseyn Əmir Abdollahian üçüncü dəfə keçirilən Tehran Dialoq Forumunda çıxışı zamanı deyib.

“Qonşuluq siyasəti İran İslam Respublikası hökumətinin xarici siyasətinin mərkəzində dayanır”, – nazir bildirib. hissəsidir.

O, əlavə edib ki, rəsmi Tehran regiondakı qonşuları ilə etimad yaratmaq və dostluğun əsaslarını möhkəmləndirmək üçün bütün gücündən istifadə edir.

Xarici işlər naziri bildirib ki, İran hər zaman regionda sabitlik və təhlükəsizliyin qorunmasında, terrorla mübarizədə həmişə öndə olub.

Hüseyn Əmir Abdollahian İranın regionda və Fars körfəzi bölgəsin də qonşuları ilə inam yaratmağa və bütün ölçülərdə əməkdaşlığa hazır olduğunu vurğulayıb.

Onun sözlərinə görə, Tehran Fars körfəzi ölkələri və digər qonşu ölkələr arasında xarici işlər və müdafiə nazirlərinin birgə iclasını keçirməyə hazırdır.

“İbrahim Rəisi administrasiyası konstruktiv və gələcəyə hesablanmış dialoq vasitəsilə regional və beynəlxalq əməkdaşlığın inkişafına daha çox diqqət ayırmağa hazırdır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button