Dünya
Ter-Petrosyan xəstəxanaya yerləşdirildi
Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan xəstəxanaya yerləşdirilib.
Jamaz.info “Hraparak”a istinadən xəbər verir ki, Ter-Petrosyanın “Best Life” Erməni-Yapon Tibb Mərkəzində müalicə olunduğu bildirilir. Məlumata görə, bu xəstəxanada çalışan kardioloq, direktorun müşaviri Xaçik Hambardzumyan Ter-Petrosyanın şəxsi həkimidir.
Ter-Petrosyanın ofisi xəbəri geniş şərh etməyib:
“Kütləvi informasiya vasitələrinin sorğularına cavab olaraq bildirirk ki, Levon Ter-Petrosyan “Best Life” kardioloji klinikasında adi tibbi müayinədən keçir”.(modern)