Dünya

Yaponiyanın yeni müdafiə planı – Hansı ölkəyə hücum edəcək?

Yaponiya İkinci Dünya Müharibəsindən bəri ölkənin ən böyük hərbi büdcəsini, regional rəqiblərin artan təhdidləri qarşısında müdafiə xərclərini iki dəfə artıran və pasifist konstitusiyadan imtina edən yeni milli təhlükəsizlik planını təqdim edib.

Jamaz.info xəbər verir ki, televiziya vasitəsilə çıxış edən Baş nazir Fumio Kişida hökumətin Yaponiyanın müdafiə qabiliyyətini getdikcə daha da gücləndirməsi üçün üç təhlükəsizlik sənədini – Milli Təhlükəsizlik Strategiyasını (MTS), Milli Müdafiə Strategiyasını və Müdafiə Qüvvələrinin İnkişaf Planını təsdiq etdiyini söyləyib.

Kişida bildirib ki, yeni tədbirlər Yaponiyaya “əks-zərbə imkanlarına”, yəni fövqəladə vəziyyətdə və müəyyən şəraitdə başqa ölkənin ərazisinə birbaşa hücum etmək imkanına malik olan müddəaları əhatə edir.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button