Dünya
Paşinyan Azərbaycanla sərhəddə iclas keçirdi
Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhəddə yerləşən Cermuk şəhərində hakim partiyanın iclasını keçirib.
Bu barədə erməni mətbuatı məlumat yayıb.
“Vətəndaş müqaviləsi” partiyasının iclasında xarici və daxili siyasətlə bağlı məsələlər müzakirə olunub.
Bundan əvvəl erməni KİV-ləri iclasda Laçın yolunda baş verən proseslərin müzakirə ediləcəyini bildirib.(modern)