ManşetSiyasət

Xankəndidə Azərbaycan əleyhinə mintinq təyin olundu

Qarabağdakı separatçılar düşdükləri durumdan çıxmaq üçün bütün vasitələrə əl atırlar. JAMAZ.İNFO xəbər verir ki, Laçın dəhlizi üzərində keçirilən aksiyadan sonra daha ağır duruma düşən ermənilər, indi də çıxış yolunu mitinqdə görürlər. Beləcə, ermənilərin başını qataraq, bildiklərini etməyə çalışırlar.

Bildirək ki, Qarabağdakı separatçıların nümayəndəsi Ruben Vardanyan hamını sabah saat 3-də Xankənidinin mərkəzində mitinqə dəvət edib. “Mən hamını o mitinqdə iştirak etməyə, gücümüzü göstərməyə, birlikdə olduğumuzu, Qarabağ xalqının böyük qüvvə olduğunu göstərməyə çağırıram”.

Maraqlıdır ki, Vardanyan bu mitinqlə məsələnin həll olmadığını da deyərək, başına gələcəklərdən dolayı əl yeri də qoyub. O deyib ki, inkişaf etmələri üçün uzun zaman lazımdır.

P.S. Sentyabrda Xankəndidə Ermənistandan gətirdikləri ermənilərin hesabına 5-10 minlik bir aksiya təşkil edən Vardanyanın dişində şirə qalıb. Hələ həmin vaxt erməni mediası belə yazırdı ki, Ruben erməniləri Xankəndinə daşımaq üçün pulsuz avtobus ayırıb, iştirakçılara isə pul paylayıb. Bəs, indi hansı adamlarla küçəyə çıxıb, özünü göstərəcək? Qarabağdakı 10-15 qoca erməniylə mitinq edəcək?

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button