GündəmManşet

Erməni siyasətçidən “çıxış yolu”: “Ermənistan ordusu Laçın dəhlizinə daxil olmalıdır”

Ermənistanda Laçın dəhlizinin açılması üçün çoxlu təkliflər olsa da, dünəndən etibarən onlardan biri xüsusi olaraq gündəmə gətirilir. JAMAZ.İNFO xəbər verir ki, həmin təklif Ermənistan ordusunun Laçın dəhlizinı çıxarılmasıdır.

Erməni ictimai-siyasi fəal Qaqik Vardanyan və onun kimi düşənən çoxlu sayda erməni Xankəndi ilə İrəvan arasında nəqliyyat əlaqəsinin bərpası üçün ordunun gücündən istifadə etməyi israrla tələb edir. O bildirir ki, beynəlxalq təşkilatlar və dövlətlər bəyanat verməklə kifayətlənəcəklər. O, buna misal olaraq BMT-nin, “Freedom House”nin və digərlərinin açıqlamalarını göstərib və qeyd edib ki, həmin açıqlamalardan heç birində dəhlizin kim tərəfindən açılmasının israrla tələbi qoyulmayıb. “Əgər Qarabağda yaşayan ermənilərin məhvini istəmiriksə, onları təxliyyə etməliyik. Bunun üçün Ermənistanda səfərbərlik elan edilməli, ordu hazır vəziyyətə gətirilməli və Laçın dəhlizinə yeridilməlidir”.

P.S. Ermənilərin yenə qırğına getmək və yenə ölmək həvəsi baş qaldırıb. Elə zənn edirlər ki, Azərbaycan Ordusu bölgədə armud toplayır və ya boş-bekar oturub. Əgər Ermənistan ordusu Llaçın dəhlizinə daxil olarsa, onların oradan sağ çıxmaq ehtimalları yoxdur. Çünki həmin dəhlizdəcə Ordumuz onları məhv edəcək. Necə ki, Kəlbəcər dağlarında məhv edildilər.

Qaqik Vardanyan silah gücünə erməniləri Qarabağdan təxliyyə etməkdənsə, bunu Azərbaycanla danışıq aparmaqla etməyin mümkünlüyünü də nəzərə almalıdır. Yəni, erməniləri Qarabağdan təxliyyə etmək və ya onlara getmək lazımdırsa, silaha gərək yoxdur. Azərbaycan maşın da verir ki, erməniləri Qarabağdan daşısınlar. Və bir daha bu torpaqlara ayaq qoymamaq şərti ilə.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button