Dünya

Ermənistan ordusunda üsyan qorxusu: Maliyyə problemi zabitləri ayağa qaldırdı

Ermənistan Müdafiə Nazirliyi ordudakı zabit heyətinin əmək haqqısını verə bilmir. JAMAZ.İNFO xəbər verir ki,bu barədə Yerevan.Today saytı məlumat yayıb.

Məlumatda deyilir ki, Ermənistan Müdafiə Nazirliyi dünəndən etibarən bütün zabit heyətinə məktub ünvanlayaraq, maliyyə çətinliyi yaşadıqlarını və bu səbəbdən də hərbçilərə həril olduğu kimi, bu il 13-cü maaşı verə bilməyəcəklərini çatdırıblar. “Nazirliyin pul problemi var. Ona görə də, bu il 13-cü maaş verilməyəcək”.

Nazirliyin ünvanladığı məktubda zabitlərdən xahiş edilir ki, hərbçilər üsyana qalxmasınlar. “Xahiş edirik üsyana qalxmayın, çox səs-küy salmayıb. Onsuz da sərhəddə vəziyyət gərgindir. Öölkə ağır durumdadır. Bu narazılıq və etirazlar ordunu ruhdan sala bilər”.

Yerevan.Today saytı bildirir ki, bu, Müdafiə Nazirliyinin erməni hərbçilərə yeganə sürprizi deyil. “Dekabr ayının maaşı da tam ödənilməyəcək. Bu dəfə də zabitlərin əmək haqlarının yarısı veriləcək”.

Qeyd edək ki, Ermənistan ordusunda xidmət edən zabitlər iki kateqoriyaya bölünür. Sərhəddə qulluq edənlər və arxa cəbhədə xidmət aparanlar. Hazırda Ermənistan ordusunun sərhəddə xidmət edən hərbçilərinin aylıq əmək haqları 130-150 min dram və ya 325-375 dollardır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button