Cəmiyyət

Zatulin: “Qarabağda vəziyyət təhlükəli dərəcədə gərginləşib”

“Qarabağda vəziyyət təhlükəli dərəcədə gərginləşib. Artıq bir neçə gündür ki, Azərbaycan Qarabağın erməni əhalisini Ermənistanla birləşdirən yeganə yol olan Laçın dəhlizini bağlayıb. Azərbaycan tərəfi Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 2020-ci il noyabrın 10-da imzaladığı üçtərəfli bəyanatla müəyyən edilmiş razılaşmaları kobud şəkildə pozur”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının deputatı, “Llazarev” klubun koordinatoru Konstantin Zatulinin Laçın dəhlizindəki vəziyyətlə bağlı açıqlamasında deyib.

O iddia edib ki, Bakının hərəkətləri həm də kompromislərə getmək və Rusiya sülhməramlılarının regiondakı missiyasını pozmaq cəhdidir. “Mən öz adımdan və beynəlxalq “Lazarev klubu”nun idarə heyəti adından Qarabağın blokadasının dayandırılmasını tələb edirəm. Bundan sonrakı və mümkün nəticələrə görə Azərbaycan tərəfi tam məsuliyyət daşıyır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button