GündəmManşet

Rus ekspertdən Azərbaycana hədə: “Sülhməramlılara toxunsanız, Bakını raketlə vuracağıq”

Şuşa-Xankəndi yolunda 4 gündür davam edən aksiyalardan sonra birbaşa Rusiya hakimiyyətindən hər hansı ciddi bir açıqlama gəlməsə də, Kremlə bağlı ekspertlərin dili ilə Azərbaycanı hədələməyə start veriblər. JAMAZ.İNFO xəbər verir ki, artıq ilk hədə gəlib.

Belə ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Hərbi -Siyasi Tədqiqatlar Mərkəzinin aparıcı eksperti, siyasi elmlər doktoru Mixail Aleksandrov Qarabağda sülhməramlı kontingentə qarşı güc tətbiq olunarsa, Rusiyanın Bakını raketlə vuracağını iddia edib. “Aksiya iştiraşkıçıları Rusiyalı sülhməramlılara qarşı güc tətbiq etsələr, Rusiya cavab vermək məcburiyyətində qalacaq. İlham Əliyev indiki situasiyadan istifadə edərək Laçın dəhlizini Azərbaycanın nəzarəti edə biləcəyi dəhlizə çevirmək istəyir. Hələlik alınmır, əgər belə davam edərsə, iş toqquşmalara qədər gəlib çıxa bilər”.

Rus ekspert bu sözlərinin ardından Azərbaycanı təhdid etməkdən də çəkinməyib. “Əgər onlar bizim sülhməramlılara hücum etsələr, hansısa tədbir görməli olacağıq. Birbaş təmasların olmadığı savaşa başlaya bilərik. Bakıya raket zərbələri endirmək, Azərbaycanın neft-qaz infrastrukturunu bombalayıb məhv etmək mümkündür. Raket zərbələri ilə Azərbaycanın enerji sistemini bütünlüklə məhv etmək olar. Yeri gəlmişkən, Qərb də bundan xeyli ziyan çəkəcək”.

Aleksandrov onu da deyib ki, Azərbaycan Rusiya ilə strateji tərəfdaşlıq və müttəfiqlik barədə anlaşma imzalayıb. “Lakin bu sənədə pərdələnərək öz məqsədlərinə çatmaq istəyirlər”.

P.S. Aydın məsələdir ki, rus eksperti danışdıran Kremldəki havadarlarıdır. Lakin Aleksandrov unudur ki, onun təmsil etdiyi ölkə Ukraynada böyük bir bataqlıqdadır. Oradan çıxa bilsə, bəlkə nəsə edə bildi. Qaldı, Bakını raketlə vurmaq cəhdinə, 2020-ci ilin 9 noyabr gecəsi atdıqları raketin aqibətindən yəqin ki, xəbərləri var. Növbəti dəfə cəhd edərlərsə, həmin raketləri vurmaq üçün yetərli qədər müasir silahlarımız var. Yəni, Rusiya yaxşı olar ki, bizi hədələməkdənsə, sülhməramlılarını da götürüb Qarabağdan rədd olsun.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button