CəmiyyətManşet

“Qazprom Ermənistan”: “Qarabağa qaz nəqlini Xankəndidən edilən müraciət əsasında dayandırmışıq”

Xəbər verildiyi kimi, Qarabağda yaşayan ermənilərə Ermənistandan göndərilən təbii qazın nəqli dayandırılıb. Erməni tərəfi bu məsələdə Azərbaycanı ittiham edərək, nəqlin məhz Bakı təfindən dayandırıldığını iddia edib. Lakin bu gün “Qazprom Ermənistan” şirkəti ermənilərin bu yalanını üzə çıxarıb.

JAMAZ.İNFO xəbər verir ki, sözügedən şirkət qaz nəqlinin onlar tərəfindən dayandırıldığını bəyan edib. Bu addımı isə Qarabağdakı separatçıların müraciətindən sonra atıb. “Bildirək ki, Azərbaycan tərəfi yalnız Xankəndi və digər yaxın mətəqələrin qazını kəsə bilərlər. Digər məntəqələrin qazını isə kəsə bilməzlər. Qarabağa çəkilmiş qaz kəməri vasitəsi ilə azərbaycanlılar da Şuşa, Hadrut və daha bir çox ərazilərdə qaz əldə edə bilərlər”.

Ermənistanda nəşr olunan “Fakt” qəzetinin sorğusuna cavab verən “Qazprom Ermənistan” şirkətindən bildirib ki, onlar təbii qazı qondarma “Artsaxqaz” QSC-yə Ermənistan ərazisində yerləşən çatdırılma məntəqəsində çatdırır. “O cümlədən, təbii qazın tədarükü Sünik marzının Teğ qəsəbəsi yaxınlığında yerləşən Teğ ölçü qovşağı vasitəsilə həyata keçirilir. “Artsaxqaz” QSC-nin rəsmi məktubuna əsasən, təhlükəsizlik və texniki məsələlərlə əlaqədar olaraq qeyd olunan məntəqədən təbii qazın nəqli müvəqqəti dayandırılıb. “Artsaxqaz” QSC-dən müvafiq müraciət daxil olduqdan dərhal sonra bərpa ediləcək”.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button