Cəmiyyət

Səhiyyə naziri: “Xankəndidən xəstələri helikopterlə çıxarmaq mümkün deyil”

“Belə bir vəziyyətdə Qarabağda planlaşdırılmış əməliyyatların dayandırılması çox düzgün qərardır. Bütün resurslar təcili tibbi yardımın göstərilməsinə yönəldilməlidir”. JAMAZ.İNFO xəbər verir ki, bunu Ermənistanın səhiyyə naziri Anahit Avanesyan deyib.

Onun sözlərinə görə, İrəvan tərəfi Gorus Tibb Mərkəzinin göstərdiyi xidmətlərin çeşidini artırıblar. “Bundan əlavə, Qarabağın “səhiyyə nazirliyi”nin ehtiyaclarını ödəyə bilmədiyi kəndlərin sakinlərinə dərmanlar və bütün lazımi əşyalar çatdırılıb. Qarabağdakı həmkarımla daimi əlaqə saxlayıram. Mütəxəssislərimiz Xankəndidəki həkimləri ilə işləyir və ağır xəstələrin vəziyyətini nəzarətdə saxlamaq üçün hər şeyi edirlər”.

Avanesyan daha sonra deyib ki, əgər mümkün olsaydı, o zaman Qarabağdan olan xəstələr aviasiya helikopterləri ilə Ermənistana aparılardı.

O, bir daha bildirib ki, Qırmızı Xaç və Ümumdünya Səhiyyə Təşkilatına xəstələrin Ermənistana aparılmasına şərait yaratmaq üçün müraciət edib. “Biz təzyiq olacağını və kontekstli addımlar gözləyirik. ÜST-nin Azərbaycandakı Regional Ofisi təzyiq göstərməli və xəstələrin Ermənistana daşınması üçün bizə imkan yaratmalıdır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button