Dünya

Fransada da çevriliş cəhdi: Yelisey Sarayı yaxınlığında 40 silahlı şəxs saxlanılıb

Fransa polisi silahla Parisdə Yelisey meydanına gedən 40 nəfərlik qrupu saxlayıb. Bu barədə “Le Figaro” qəzeti hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, onlar “qadağan olunmuş silah gəzdirdiklərinə” görə saxlanılıblar. Mənbənin sözlərinə görə, saxlanılanlardan bəziləri Fransa hüquq-mühafizə orqanlarına ifrat sağa yaxın hərəkatın üzvləri kimi tanınır. “Onlar açıq şəkildə meydanda mübarizə aparmaq istəyirdilər”.

Dekabrın 14-də axşam Fransanın bir sıra şəhərlərində iğtişaşlar baş verib. Hadisə Qətərdə keçirilən dünya çempionatının yarımfinal matçında Fransa millisinin Mərakeşi 2:0 hesabı ilə məğlub etdiyi oyundan sonra yaranıb.

Xatırladaq ki, bir neçə gün əvvəl analoji hadisələr Almaniyada da yaşanmışdı. Bu ölkədə də ifrat sağçılar Berlin hakimiyyətini silah yolu ilə devirib, imperiya qurduqlarını bəyan etmək istəyirmişlər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button