Cəmiyyət

“Repetitorluğu ləğv etmək lazımdır”

“Nazir çıxışının əvvəlində bildirdi ki, imtahanlarda aşağı nəticə göstərilməsinin səbəbini araşdırmaq, niyəsini tapmaq lazımdır. Mən bildirirəm ki, bunun qarşısını almaq üçün repetitorluğu ləğv etmək lazımdır”.

Jamaz.info xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə deputat Qüdrət Həsənquliyev bildirib.

“Bu gün repetitorluğun aradan qaldırılmasının tək yolu orta məktəb buraxılış imtahanlarına uyğun ali məktəblərə qəbulun həyata keçirilməsidir. Bu deməkdir ki, bir imtahan keçirmək lazımdır. Nəyə lazımdı ki, iki imtahan keçirilsin, uşaqlar əziyyətə salınsın. Bu barədə düşünmək lazımdır”, – deputat təklif irəli sürüb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button