GündəmManşet

Separatçıların “ombudsman”ı da Qarabağa gələ bilmir: Stepanyan İrəvanda məskunlaşıb

Laçın dəhlizinin bağlanması səbəbindən bir çox separatçılar Qarabağa gələ bilmirlər. JAMAZ.İNFO xəbər verir ki, bir neçə gün əvvəl Qarabağdakı separatçıların “xinbaşı”sı David Babayan Gorusda “ilişib” qaldığını bildirmişdi.

Onun sözlərinə görə, yolun bağlanması səbəbindən Xankəndinə gedə bilməyib və Gorusdakı hotellərdən birində məskunlaşmalı olub.

Qarabağdakı separatçıların digər nümayəndəsi, “hərşeyşünas nazir” olaraq tanınan Artaq Beqlaryan da David Babayan kimi, İrəvanda qalmalı olub. O da Xankəndinə gələ bilmir və iki gündür BMT-nin Ermənistan nümayəndəliyi qarşısında aksiya keçirir.

Bu gün isə məum olub ki, Qarabağa qorxusundan gələ bilməyən separatçılar təkcə Davidlə Artak deyil. Həmçinin özünü Xankəndidə “ombudsman” elan edən Qeqam Stepanyan da İrəvanda “ilişib”. O da Qarabağa gələ bilmir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button