ManşetÖlkə içi

Erməni polkovnik: “Azərbaycan bir dəfə də addım atsa, sərhəddə əhali qalmayacaq”

“Bu gün Laçın dəhlizinin bağlı qalmasının səbəbi Ermənistan orsudunun olmamasıdır. Məqsəd isə Ermənistanın suverenliyini itirməsidir”. JAMAZ.İNFO xəbər verir ki,bunu ehtiyatda olan ordunun polkovnik Volodya Hovhannisyan deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanın təkcə Qeqarkunik, Vayots Dzor və Sünik ərazilərində cəmləşmiş 16 mindən çox hərbçisi var. “Əgər Azərbaycan Ordusu hücumedərsə, onların qarşısında uzun müddət davam gətirə bilməyəcəyik”.

Hovhannisyan təklif edib ki, bunun qarşısını almaq üçün Ermənistanda indiki hakimiyyət dəyişdirilməli, hərbi şura yaradılmalı, sürətli şəkildə silahlanmalı və Azərbaycan hücum edərsə, adekvat cavab verilməlidir.

Erməni hərbi ekspert bildirir ki,son sərhəd hadisələrindən sonra Azərbaycan ardıcıl və planlı şəkildə hərəkət edir.”Bu gedişat onu göstərir ki, növbəti mərhələdə əhalinin azalması başlayacaq. Onlar sərhədyanı ərazilərdən köçüb gedəcəklər”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button