ManşetSiyasət

Berlində Güney Azərbaycana dəstək mitinqi keçiriləcək: AGD hamını dəvət etdi

Almaniyanın paytaxtı Berlində bu həftənin şənbə günü, 17 dekabrda Güney Azərbaycanda yaşayan soydaşlarımızın apardıqları mübarizəyə dəstək məqsədi ilə aksiya keçiriləcək. JAMAZ.İNFO xəbər verir ki, bu barədə AGD təşkilatının rəsmisi Peyman Pəzireh məlumat yayıb.

O bildirib ki, hazırda İranda baş verən hadisələrin fonunda, orada yaşayan və öz haqları uğrunda mübarizə aparan 40 milyondan çox Azərbaycanlı soydaşlarımıza dəstək nümayiş etdirmək məqsədilə Berlində aksiya keçirtmək qərarına gəliblər. “Odur ki, hər birinizi bu həftənin şənbə günü, saat 13:00-da, Brandenburq Qapıları önündə keçiriləcək aksiyada iştirak etməyə çağırırıq.  Aksiya ilə bağlı hüquqi məsələlər AGD-nin idarə heyəti tərəfindən həll edilmişdir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button