GündəmManşet

Xankəndidə ərzaq qıtlığı yaranıb: Un, yağ və digər məhsullar bitib

Xankəndi şəhərində ərzaq qıtlığı yaranıb. JAMAZ.İNFO xəbər verir ki, bu barədə ermənilər sosial şəbəkədə və teleqram kanallarında məlumat yayıblar.   

Erməni mediası isə məumatı təsdiq edərək yazır ki, dünəndən etibarən Xankəndi və ətraf şəhərlərdə bir sıra zəruri ərzaq çatışmazlığı problemi yaranıb. Belə ki, dükanlarda maye yağ, konservlər, habelə bəzi un və un məmulatları tapmaq mümkün deyil.

Bildirək ki, Qarabağdakı sepatraçılar ərzaq depolarının dolu olduğunu iddia etsələr də, yolun bağlanmasının üçüncü günü stoklarının bitdiyi məlum olub. Bu da ermənilər arasında ciddi narazılıq yaradıb.

Qeyd edək ki, ermənilər vəziyyətin belə şəkil almasını Şuşa-Xankəndi yolunda aksiyanın keçirlməsi səbəbindən bağlanmasını göstərir. Lakin məlumdur ki, yolu Azərbaycan QHT və media nümayəndələri deyil, rus sülhməramlıları bağlayıblar. Aksiyaçılar ermənilərin dinc məqsədlərlə yoldan istifadə edəbiləcəyini elə ilk gündən bəyan ediblər. Bundan başqa, Azərbaycanın XİN-i rəsmi qaydadaaçıqlama verib ki, Qarabağda yaşayan ermənilərin bütün humanitar problemlərini həll etməyə hazırdır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button