Ölkə içi

Rusiya Azərbaycana aid yük maşınlarını Belarusa buraxmır

Azərbaycana məxsus bir neçə yük maşını Rusiya ilə Belarusun arasındakı sərhəddə, daha dəqiq desək, Bryansk vilayətində heç bir əsas olmadan saxlanılıb.

Jamaz.info xəbər verir ki, bu barədə Oxu.az məlumat yayıb.

Belə ki, azərbaycanlı TIR sürücülərindən biri bildirib ki, artıq bir neçə gündür, həmin sərhəddə saxlanılıblar:

“Bryansk vilayətində bir neçə maşını saxlayıblar. Ruslar acığa düşüblər və məhz Azərbaycana məxsus yük maşınlarını üçüncü ölkəyə – Belarusa buraxmırlar. Rus sərhədçilər sənədlərimizi alıblar. Nə üçün üçüncü ölkəyə buraxmadıqlarını soruşsaq da, bizə cavab vermirlər. Sənədlərimizi də qaytarmırlar ki, geri qayıdaq. Qeyd edim ki, bizim bütün sənədlərimiz qaydasındadır.

Bizi hansı səbəbdən incitdikləri bəllidir. Azərbaycanın aidiyyəti qurumları bilsinlər ki, Xankəndi yolunda baş verən məsələyə görə sevimli rus qonşularımız bizi burada incidirlər. Biz deyəndə ki hər zaman bu sərhədi keçib getmişik, deyirlər ki, xeyr, siz bu sərhəddən yük ilə keçə bilərsiniz, boş gedə bilməzsiniz”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button