İqtisadiyyat

Ərdoğan: “Türkmən qazını Xəzər üzərindən dünya bazarına çıxarmaq istəyirik”

“Türk dünyasında iş birliyi sahələri hər gün artır. Bu istiqamətdə sabah Türkiyə, Türkmənistan və Azərbaycan prezidentləri arasında növbəti görüş keçiriləcək”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O qeyd edib ki, müzakirə olunacaq əsas məsələ enerji daşıyıcıları ilə bağlı olacaq. “Türkmən qazının dünya bazarlarına daşınması və təqdim edilməsi mərhələsində Türkiyənin alternativ istinad nöqtələrindən biri olması gözlənilir. Həmin işlərin hansı mərhələdə olmasını bir qədər əvvəl Berdimuhammedovla danışmışıq. Bu “Avaza Zirvəsi” onsuz da təbii qaz məsələsində addımlar atmağımız üçün təşkil olunub. Ona görə də, Enerji və Təbii Sərvətlər naziri də bizimlə birlikdə olacaq. Təbii ki, bir tərəfdə İlham bəyin olması da bu proses üçün vacibdir. Bu məsələləri orada üçtərəfli şəkildə danışacağıq. İstəyimiz odur ki, türkmən qazını ölkəmizə Xəzər dənizi üzərindən gətirməyə nail olaq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button