GündəmManşet

Separatçıların yanacaq ehtiyatı tükənir: Vardanyan Bakı ilə danışıqlara hazır olduğunu deyir

3 gündür Şuşa-Xankəndi yolunun bağlı qalması səbəbindən Qarabağdakı separatçılar panikaya düşüblər. JAMAZ.İNFO xəbər verir ki, bu gün isə məlum olub ki, Qarabağda yanacaq ehtiyatı da tükənmək üzrədir.

Bu barədə məlumat verən qondarma “dövlət naziri” Ruben Vardanyan bildirib ki, yanacaq ehtiyatlarının yükənmə səbəbindən bir sıra qadağalar tətbiq ediblər. O deyib ki, bu gündən etibarən şəxsi maşınlara benzin və dizel yanacağı satılmayacaq. Yanacaq yalnız fövqəladə hallar, polis, ictimai nəqliyyat və təcili tibbi yardım maşınlarına veriləcək.

Vardanyan onu da deyib ki, vəziyyət getdikcə daha da çətinləşir. “Əsas məsələ yolun açılmasıdır. Bunun üçün əlimizdə olan bütün imkanlardan istifadə edirik. Bizi narahat edən əsas məsələ təxribatlardır”.

Separatçıların nümayəndəsi onu da deyib ki, vəziyyəti nizama salmaq üçün Azərbaycan rəsmiləri ilə danışıq aparmağa hazırdırlar.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button