Dünya
Rusiya Kiyevə hücum etdi – Həyəcan siqnalı
Rusiya Ukraynanın Kiyev vilayəti ərazilərinə pilotsuz uçuş aparatları ilə hücum edib.
Jamaz.info xəbər verir ki, bu barədə Kiyev vilayəti hərbi administrasiyasının rəhbəri Aleksey Kuleba məlumat verib.
Bildirilib ki, bəzi yerlərdə partlayış səsləri eşidilib. Vilayət ərazisində həyəcan siqnalı verilib.
Bundan başqa Rusiya, həmçinin dronlar vasitəsilə Ukraynanın Vinnis və Jitomir vilayətlərinə də dron zərbələri endirib.
Əhaliyə təhlükəsiz yerlərdə qalmaq çağırışı edilib.