AraşdırmaManşet

Ermənistan Qarabağdakı ağır hərbi texnikalarını çıxarmağa başladı

Qarabağ ətrafında hələ dekabrın 3-dən başlayan proses artıq pik həddə çatır. JAMAZ.İNFO xəbər verir ki, həmin vaxtdan start götürən ekoloqların Qarabağda mədənlərdə monitorinq aparmaqla bağlı cəhdləri önlənilsə də, bunun davamlı bir gediş olduğu artıq təsdiqlənir.

Yəni, rəsmi Bakı Xankəndi və ətrafını öz ərazisi bilir və orada araşdırma və monitorinqlər keçirməkdə israrlıdır. Rus sülhməramlılarının bununla bağlı əks addımları isə heç bir fayda verməyəcək.

Qeyd edək ki, həmin dönəmə qədər Azərbaycan israrla bəyan edirdi ki, Ermənistandan Qarabağa hərbi texnika və silah daşınır. Hətta bununla əlaqədar olaraq, konkret siyahı da yayımlanmışdı. Orada Ermənistandan Xankəndinə tank əleyhinə raketlər və digər silahların növləri sadalanmışdı. Həmin vaxt rəsmi Bakının Ermənistana sərt xəbərdalığından sonra İrəvan geri addım atmaq məcburiyyətində qalıb.

JAMAZ.İNFO Ermənistanda nəşr olunan “Hraparak” qəzetinə istinadən xəbər verir ki, Ermənistan Azərbaycanın xəbərdarlığından sonra Qarabağdakı bütün hərbi texnikaları, xüsusən də ağır texnikaların çıxarılması barədə göstəriş verib. “Paşinyan Əliyevin tapşırığını yerinə yetirərək, Qarabağdakı bütün ağır hərbi texnikanın çıxarılması barədə göstəriş verib. Onların böyük qismi artıq Qarabağdan çıxarılıb və Ermənistana gətirilib”.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button