Ölkə içi
Ermənistan ağır hərbi texnikanı Qarabağdan çıxarır
Ermənistan Qarabağda hələ də qalan ağır hərbi texnikasını çıxarır.
Bu barədə “Hraparak” nəşri Xankəndindəki separatçılara istinadən məlumat yayıb.
Nəşr iddia edir ki, Paşinyan artıq hərbi texnikanın böyük hissəsinin çıxarılması tapşırığı verib.
Qeyd edək ki, 10 noyabr razılaşmasının 4-cü bəndinə əsasən Qarabağdakı qanunsuz erməni silahlı dəstələr bölgədən çıxarılmalıdır.(publika)