Siyasət

Bölgədə anti-terror əməliyyatı gözlənilirmi?

“Bölgədə növbəti anti-terror əməliyyatı başlaya bilər”.
Jamaz.info xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli Azərbaycan Xarici İşlər Nazirliyinin sülhməramlılarla bağlı Rusiyaya nota təqdim etməsinə münasibət bildirərkən deyib. Politoloq bildirib ki, Rusiya və Ermənistan vəziyyəti düzgün qiymətləndirməsə, bölgədə böyük qarşıdurma yarana bilər:
“Rusiyanın doğru yola gəlməsi çətin məsələdir. Kreml məkirli oyun oynamağa başlayıb. Rus sülhməramlı qüvvələri özlərini həddən artıq başıpozuq aparırlar. Onlar ermənilərlə əlbir olaraq, əvvəlcədən razılaşdırılmış monitorinq keçirməyə imkan vermirlər. Üstəlik vəziyyəti gərginləşdirmək üçün erməniləri həm də sialhlandırırlar. Azərbaycan bununla bağlı nota göndərib. Fikrimcə, Moskva notanı düzgün dəyərlədnirməyi düşünmür. Bunun nəticəsidir ki, Azərbaycanın bir qrup könüllü dəstəsi Laçın koridorunu bağlayıb və orada çadırlar qurur. Vəziyyət təhlükəlidir və bu durum böyük qarşıdurmaya gətirib çıxara bilər. Azərbaycan cəmiyyəti bölgədə vəziyyətin mürəkkəbləşməsinə görə haqlı olaraq məsuliyyət daşıyan dövlətlərin – Rusiya və Ermənistan olduğunu bildirir. Onlardan cavab çıxmasa, deməli, bölgədə anti-terror əməliyyatları başlaya bilər”.
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi sülhməramlılarla bağlı Rusiyaya nota təqdim edib. Qeyd edilib ki, Azərbaycan tərəfi Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarının qarşısının alınması, eləcə də ekologiyaya mənfi təsirin nəticələrinin aradan qaldırılması məqsədilə sülhməramlı kontingentin komandanlığına dəfələrlə müraciət edib:
“Bir çox hallarda, Azərbaycan tərəfinin bu müraciətlərinə cavab verilməyib və sülhməramlı kontingent tərəfindən Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarının qarşısının alınması üçün heç bir tədbir görülməyib. Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarında təbii sərvətlərin qeyri-qanuni istismarı və talanmasının monitorinqini aparmaq üçün əldə olunmuş razılığa uyğun olaraq, 10 dekabr tarixində faydalı qazıntıların qanunsuz istismar olunduğu həmin ərazilərə Azərbaycan nümayəndələrinin səfər etmək cəhdinə baxmayaraq, bu səfərə maneçilik törədilib. Rusiya sülhməramlı kontingentinin heç bir tədbir görməməsi fonunda, yerli sakinlərin əvvəlcədən planlaşdırılmış aksiyası səfərə mane olub. Bu vəziyyətlə əlaqədar, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Rusiya tərəfinə müvafiq nota təqdim edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button