Sosial

Binəqədi camaatı icra başçısının əlindən qan ağlayır – Şikayət

Görəsən, Binəqədi Rayon İcra Hakimiyyəti nə vaxta qədər camaata işgəncə verəcək? Mənim şikayətim icra hakimiyyətindəndir. 2018- ci ildən, Allahverdiyev Elxan Binəqədiyə başçı gələndən sonra qara günlərimiz başlayıb.

Jamaz.info xəbər verir ki, bu şikayətlə tribunainfo.az-a müraciət edən vətəndaş Laçın Şahbazov bildirib ki, Binəqədidə yay, qış kanalizasiya daşır:

“182 nömrəli məktəbin önü göldü, ifunət iyindən gəzmək mümkün deyil, uşaqlar isə məktəbdən çıxanda dizə qədər suda olular. Mərkəzdə kim maşını necə istəyir elədə də sürür. Dəlixanadır elə bil. Nə bir yol işarəsi var, nə də işıqfor. Gündə birini maşın vurur. 133 nömrəli avtobusun son dayanacağı camaaatın qapısının önüdür . Gecə 12-yə kimi avtobusların səsindən evdə oturmaq mümkün deyil. Yollar bərbad halda, su borusu, kanalizasiya borusu hamısı açıq. Bir çarə tapan olacaq görəsən bu camaata?”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button