Dünya

Rusiya Fransa və Almaniyadan təzminat tələb edir

Rusiya Dövlət Dumasının spikeri Volodin Almaniya və Fransadan Donbass sakinlərinə görə təzminat tələb edib.

Jamaz.info  xəbər verir ki, Almaniyanın keçmiş kansleri Angela Merkelin 2014-cü ildə imzalanmış Minsk razılaşmalarının Ukraynaya vaxt vermək cəhdi olduğuna dair son bəyanatına münasibət bildirən Volodin vurğulayıb ki, beynəlxalq müqavilənin imzalanması nəticəsində üzərinə götürülmüş öhdəliklərin yerinə yetirilməməsi təkcə güvən itkisi deyil, həm də cinayətdir:

“Merkelin etiraflarından sonra sonra Almaniya və Fransa Ukraynada baş verənlərə görə mənəvi və maddi məsuliyyət daşıyırlar. Onlar Donbass sakinlərinə 8 illik soyqırımı və dəymiş ziyana görə təzminat ödəməli olacaqlar”.

Dekabrın 7-də Merkel Almaniyanın “Die Zeit” qəzetinə müsahibəsində etiraf edib ki, Minsk razılaşmaları Ukraynaya qiymətli vaxt və güclənmək imkanı vermək üçün bağlanıb. Eks-kanslerin sözlərinə görə, bu razılaşmaların bütün iştirakçılarına aydın idi ki, Ukraynanın şərqindəki silahlı münaqişə hələ də həll olunmayıb.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button