Sosial

Bir yağışla iflic olan yollar – Səbəbi…

“Bu gün Bakı şəhərində yeni küçələrin planlaşdırılmasının, küçələrin təmiri ilə bağlı layihələrin qeyri-peşəkar insanlar tərəfindən hazırlandığını düşünürəm”.
Jamaz.info xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov Bakıda yağış yağan kimi hərəkətin iflic olması, küçələri su basması faktlarından danışarkən deyib. Ekspert bildirib ki, hələ bir neçə ay əvvəl Bakıda bir neçə küçə təmir olunub:
“Həmin küçələr təmirdən sonra istifadəyə veriləndə baxdıq ki, küçələrin heç birində yağış suları üçün nəzərdə tutulan lüklər qoyulmayıb. Belə olan halda Bakıda cüzi yağış yağan kimi yolları su basır, avtomobillərin hərəkəti çətinləşir, piyadalar bir küçədən digərinə keçə bilmir”.
Eldəniz Cəfərov hesab edir ki, bu gün müvafiq qurumlar Bakı şəhərində vətəndaşların sərbəst, rahat hərəkətini təmin edə bilmirlər:
“Bunun da müxtəlif səbəbləri var. Bu problemin həlli mümkündür, sadəcə, hər işin öz peşəkarı lazımdır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button