ManşetSiyasət

Stanislav Tarasov: “Moskva Minsk Qrupuna qayıtsa, Qarabağla bağlı vəziyyət dəyişəcək”

“Azərbaycan əsəbiləşməyə başlayıb. Səbəb isə böyük diplomatiyada uduzmasıdır”. JAMAZ.İNFO xəbər verir ki, bu iddia ilə rusiyalı politoloq, Yaxın Şərq və Qafqaz məsələləri üzrə ekspert Stanislav Tarasov çıxış edib.

Ermənistanda yayımlanan NEWS.am –a açıqlama verən Tarasov bildirib ki, əgər Moskva Minsk Qrupuna qayıtsa, Qqarabağın statusu ilə bağlı məsələ başqa səviyyədə müzakirə olunacaq. “ ATƏT-in Minsk Qrupu ilə bağlı məsələ ilə əlaqədar oskva bildirib ki, qrup fəaliyyət göstərmir, lakin geri çəkildiyini açıqlamayıb. Bakı bildirir ki, ATƏT-in Minsk Qrupu işləmir, lakin həmin qrupun mandatı ləğv edilməyib. Qarabağın statusunun müəyyənləşdirilməsi məsələsi isə ATƏT-in Minsk qrupunun gündəliyindədir. Əgər Moskva ATƏT-in Minsk qrupuna qayıtsa, Qarabağın statusu başqa səviyyədə müzakirə oluna bilər”.

Tarasov daha sonra iddia edib ki, gedişat indiki şəkildə davam edərsə, Azərbaycanın bütün bəyanatları Qarabağın statusunu müzakirə edən beynəlxalq mandatı qoruyub saxladığı üçün iflasa uğrayacaq. “Bu, nəinki Qarabağdakı erməni anklavının maraqlarını qorumağa, həm də Qarabağın statusunun müəyyənləşdirilməsi ilə daha geniş kontekstdə məşğul olmağa imkan verəcək ”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button