ManşetÖlkə içi

Azərbaycan Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi qurur: Volkov açıqladı

10 noyabr 2020-ci il üçtərəfli razılaşmasına əsasən Xankəndi ilə Ermənistanı birləşdirən Laçın dəhlizində Azərbaycan və Rusiya tərəfi birgə nəzarət-buraxılış məntəqəsi quracaqlar. JAMAZ.İNFO bildirir ki, bu barədə Qarabağda müvəqqəti yerləşmiş rus sülhməramlılarının komandanı, general Andrey Volkov açıqlama verib.

Volkovun açıqlamasında deyilir ki, sözügedən nəzarət-buraxılış məntəqəsi Laçın dəhlizinin girişində quraşdırılacaq. “İndiyə qədər bizim detallı texniki imkanlarımız yox idi. Hərbçilər də bir çox yükləri yoxlayarkən tam nəzarət edə bilmirdilər. Ona görə də, yüklərin altında nələrinsə keçməsini istisna etmirəm. Lakin indi həmin texniki imkanlar var və razılaşma əldə etmişik ki, Azərbaycanla birlikdə Laçın dəhlizinin girişində birgə nəzarət-buraxılış məntəqəsi quraq”.

Qeyd edək ki, sözügedən üçtərəfli razılaşmaya əsasən dəhlizdən yalnız humanitar məqsədlər üçün istifadə olunmalıdır. Lakin ermənilər dəhliz vasitəsi iləhərbi silah və sursat daşıyaraq, bu şərtləri pozublar. Azərbaycan tərəfinin dəfələrlə israrlı tələblərinə baxmayaraq, ermənilər silah daşımalarına davam ediblər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button