Dünya

Alen Simonyan: “Ermənistan KTMT-nin münasibətindən narazıdır”

“Ermənistan heç vaxt KTMT-dən çıxmaq barədə danışmayıb. Lakin İrəvan təşkilatın Ermənistana münasibətindən narahatdır”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

Onun sözlərinə görə, hər gün atəşkəs rejimi pozulur. “Nəticədə insanlar ölür. KTMT-nin müəyyən passivliyi, eləcə də bəzi müttəfiqlərimizin rəsmi bəyanatları Ermənistanda təşkilatla bağlı ictimai rəydə ciddi dəyişikliyə səbəb olub ”.

Simonyan qeyd edib ki, Ermənistan KTMT-dən çıxmaqla bağlı heç vaxt bəyanat verməyib. “Biz heç vaxt KTMT-dən çıxmaqla bağlı bəyanatlar verməmişik. Demişik ki, KTMT regionu tərk edir, bu, bizi çox narahat edir. Belə təəssürat yaranır ki, Ermənistan ərazisi KTMT üçün eyni strateji əhəmiyyətə malik deyil. Eyni zamanda Şərqi Avropa və Mərkəzi Asiya regionuna böyük diqqət yetirilir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button