Dünya

Gələn il Türkiyədə “Şuşa İli” elan olunacaq

Gələn il qardaş Türkiyədə “Şuşa İli”nin elan edilməsi planlaşdırılır.

Jamaz.info xəbər verir ki, bu barədə modern.az-a Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, deputat Şamil Ayrım məlumat verib.

Onun sözlərinə görə, Türkiyədə “Şuşa İli”nin elan edilməsi barədə müzakirələr aparılıb.

“Bununla bağlı hələ bir neçə ay əvvəldən danışıqlar aparılırdı. Hələlik rəsmi qərar verilməyib, amma 2023-cü ilin Türkiyədə “Şuşa İli” olacağı gözlənilir”,- deyə AKP-li deputat vurğulayıb.

Qeyd edək ki, Şuşa şəhəri 2023-cü il üçün Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button