Dünya

“Avropa, ABŞ-ın köməyi olmadan güclü deyil”

Ukraynadakı münaqişə göstərdi ki, Avropa təkbaşına, ABŞ-ın köməyi olmadan kifayət qədər güclü deyil.

Jamaz.info xəbər verir ki, bu sözləri Finlandiyanın Baş naziri Sanna Marin deyib.

“Açıq və tam səmimi deyirəm ki, Avropa hazırda kifayət qədər güclü deyil. ABŞ-ın Ukraynadakı müharibədə iştirakı olmasaydı, biz çətin vəziyyətə düşərdik”, – deyə Sanna Marin bildirib.

Finlandiyanın baş naziri ABŞ-ın iştirakı dedikdə, Ukraynaya göstərilən hərbi, maliyyə və humanitar yardımı nəzərdə tutduğunu vurğulayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button