Dünya
Fransadan Ermənistana RƏDD CAVABI
Fransa rəsmiləri Zəngəzur vilayətinin keçmiş qubernatoru Surik Xaçatryanı Ermənistana ekstradisiya etməkdən imtina edib.
Jamaz.info xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, istintaq zamanı Xaçatryanın Fransada olması müəyyən edilib. Bunun ardınca onun ekstradisiya olunması barədə rəsmi Parisə müraciət göndərilib. Lakin Fransa Ermənistanın müraciətini rədd edib.
Qeyd edək ki, 2019-cu ildə S.Xaçatryana qarşı ittiham irəli sürülüb və o, axtarışa verilib. Keçmiş qubernator vəzifə öhdəliklərindən sui-istifadədə və vəzifəsi ilə bağlı saxtakarlıqda ittiham olunur.(modern)