DünyaManşet

İranda etirazlar pik həddə: Xomeyninin doğulduğu şəhər də ayağa qalxdı

İranda sentyabrın 17-dən başlayan etirazlar pik həddə çatıb. JAMAZ.İNFO xəbər verir ki, molla rejiminin silaha əl atması və uşaq, böyük bilmədən qətlə yetirməsindən sonra əhalinin dirənişi daha geniş şəkil alıb.

Gələn xəbərlərə görə, bu gün Təbriz şəhərində son iki gündə dinc aksiyaçılar və uşaqların öldürülməsinə etiraz olaraq, əhali ayağa qalxıb. Şəhərin mərkəzində etiraz edən aksiyaçılar, əsas yolları bağlayıblar.

Maraqlı məqamlardan biri də odur ki, İranda inqilabın banisi sayılan Ruhullah Xomeyninin doğulduğu Xomeyn şəhərinin əhalisi də ayağa qalxıb. Etirazçılar İranın ali dini lideri Əli Xamineyi və Xomeyninin posterlərini yandırıblar.

Mahabad, Saqqız və Xoyda isə durum daha ciddidir. Kürdlərin kompakt yaşadığı bu şəhərlərin əhalisi fasiləsiz aksiyalara start veriblər. Mahabad şəhərində aksiyanı dağıtmaq istəyən hökumət qüvvələri isə əahli tərəfindən mühasirəyə salınıb. Daşqalaq edilən polis və hərbçilərin xeylisi yaralanıb. Onlar əlavə qüvvələrin gəlməsi sayəsində canlarını qurtara biliblər.

Gilan vilayəti, Masal şəhəri və Məşhəddə isə küçələrdə barrikadalar qurulub. Etirazçılar bütün yolları bağlayaraq, hökumətin cəza dəstələrinin hərəkət etməsinə imkan vermirlər.

Sərəndəc, Tehran və daha bir neçə şəhərdə də aksiyalar ara vermir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button