Dünya

Paşinyan istintaqda dindirilib

Baş nazir Nikol Paşinyan şahid qismində İstintaq Komitəsində dindirilib. JAMAZ.İNFO xəbər verir ki, bu məlumatı “Azadlıq Radiosu” yayıb.

İstintaq orqanı “Azadlıq” radiosunun sorğusuna cavab olaraq bildirib ki, 2022-ci il mayın 4-dən Ermənistanın bir qrup yüksək rütbəli məmurunun vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi ilə bağlı iddia edilən cinayət faktı üzrə cinayət işinin ibtidai istintaq başlayıb. 44 günlük müharibə zamanı İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinin xüsusilə mühüm işlərin araşdırılması şöbəsində davam edir. İdarənin rəhbəri Rafael Vardanyanın cavabında qeyd olunur ki, bu proses çərçivəsində baş nazir Paşinyan şahid qismində dindirilib.

Qeyd edək ki, 44 günlük müharibədə ölən erməni hərbçilərin yaxınları aprel ayından aylardır hökumət binası və Baş Prokurorluq qarşısında müxtəlif aksiyalar keçirərək, Paşinyanın dindirilməsini tələb ediblər. Onlar Paşinyanın dindirilməsini və təqsirləndirilən şəxs qismində cəlb olunmasını istəyiblər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button