GündəmManşet

Filip Riker: “ATƏT-in Minsk Qrupu fəaliyyətini dayandırıb”

“ATƏT-in Minsk Qrupu artıq fəaliyyət göstərmir və Vaşinqton yalnız Bakı və İrəvanla birbaşa qarşılıqlı əlaqə prosesində Azərbaycan və Ermənistan arasında sülh yolu ilə nizamlanma ilə məşğuldur”.  JAMAZ.İNFO xəbər verir ki, bu fikirlər ABŞ dövlət katibinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikerə məxsusdur.

“Düşünürəm ki, o, konsensus vasitəsilə bu mandata son verə biləcəyimiz səviyyəyə qədər inkişaf edib”, – o qeyd edib.

Riker bildirib ki, bununla belə, mandatın özü kifayət qədər faydalıdır. “Baxmayaraq ki, Minsk Qrupunun həmsədrləri arasında qarşılıqlı fəaliyyət prosesi artıq işləmir. Biz isə münaqişə tərəfləri ilə onların sülh prosesində birbaşa iştirak edirik”.

Amerikalı diplomat vurğulayıb ki, Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyata başlamasından sonra Vaşinqton və Paris “üçlük” çərçivəsində Moskva ilə bütün əlaqələri məhdudlaşdırıb. “Minsk qrupu, məlum olduğu kimi, fəaliyyət göstərmir. Mandat isə qalır. ATƏT konsensus əsasında fəaliyyət göstərir. Mən fransalı həmkarımla, hazırda regionda bu qədər dərindən iştirak edən Aİ ilə, digər maraqlı tərəflərlə, ATƏT-in özü ilə çox sıx əlaqə saxlayıram.Qeyd edim ki, Azərbaycan bəyan edib ki, bundan sonra Minsk Qrupu ilə əməkdaşlıq etməyəcək”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button