Media

Türkiyə Səfirliyindən Azərbaycan mediasına müraciət: “Diqqətli olun!”

Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalan İstanbulda törədilən terror aktı ilə bağlı xəbər dərc edən jurnalistlərə müraciət edib. JAMAZ.İNFO xəbər verir ki, Altınalan müraciətində mediadan İstanbulda baş vermiş terrorla bağlı diqqətli olmalarını xahiş edib.

O bildirib: “Media mənsubu olan dostlarımızın diqqətinə! Bildiyiniz kimi, terror aktlarının məqsədlərindən biri də qorxu və panika yaratmaqdır. Ona görə də, paylaşılan hər bir şəkil, hər video bilmədən bu məqsədə xidmət edir. Odur ki, xəbər postlarınızda partlayış anına və sonrasına aid yaralı, insanların parçalanmış bədənlərinin görüntüləri olan kadrları dərc etməməyinizi xahiş edirik.

Dezinformasiyanın intensiv olduğu bu cür hərəkətlərdən sonra hər zaman olduğu kimi məlumat və görüntü təsdiqi məqamında rəsmi açıqlamalara əməl olunmasını xahiş edirik.

Bu elanın mətni deyil, sadəcə bir ricadır.

Həssaslığınız və ağrımızı paylaşdığınız üçün bir daha təşəkkür edir, terrorçulara və onlara dəstək olanlara lazımi cavabı verəcəyimizi bildiririk. İşlərinizin xeyirli olmasını arzulayırıq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button