GündəmManşet

Paşinyan açıqladı: İrəvan Bakıya yeni təkliflər göndərib- nələr var?  

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün rəhbəri olduğu hökumətin iclasında Azərbaycanla bağlı olduqca yaramaz bir açıqlama verib. JAMAZ.İNFO xəbər verir ki, baş nazir bütün məsələlərdə Azərbaycanı ittiham edərək, guya, sülh sazişinin bağlanmasına Bakının mane olduğunu bəyan edib.

Paşinyan istər 10 noyabr 2020, istər Brüssel, Vaşinqton və Praqa görüşlərinin nəticələrini öz bildiyi kimi şərh edərək, hər şeyin onun istədiyi formada həyata keçməsini israr edib. Üstəlik, rəsmi Bakını sülh danışıqlarını pozmaqda, bir çox təklifləri qəbul etməməkdə, habelə bir sıra sənədlərə qol çəkməməkdə təqsirləndirib. Və özünü sudan quru çıxarmağa çalışıb.

JAMAZ.İNFO xəbər verir ki, Nikol Paşinyan öz çıxışında Azərbaycan tərəfinə yeni təkliflər göndərdiyini də dilə gətirib. Oo çıxışında həmin təkliflər barəsində uzun-uzadı danışıb. Həmin təkliflərə diqqət yetirilərsə, bir daha erməni həyasızlığının bariz nümunəsini görmüş olarıq. Çünki təkliflər birmnalı olaraq Azərbaycanın ziyanına olmaqla yanaşı, həm də Bakının məğlub və güzəştə gedən tərəf kimi göstərməsini səciyyələndirir. Paşinyanın açıqladığı təkliflərin ümumiləşdirilmiş versiyasını təqdim edirik:

– BMT-nin Ali Qaçqınlar Komissiyasının nəzarəti altında 2020-ci ilin 10 noyabrına kimi Hadrut və digər yaşayış məntəqələrində məskunlaşmış ermənilərin geri qaytarılır.

– Qarabağda yaşayan ermnilərin təhlükəsizliyinə və hüquqlarına aydın beynəlxalq təminatlar olmadan sülhməramlıların çıxarılması məsələsinin müzakirələrdən çıxarılır.

– Laçın dəhlizi ilə Naxçıvanı birləşdirəcək yolun statuslarının eyniləşdiriməməsi. Azərbaycanın Qərb rayonları ilə Naxçıvanın birləşdirəcək yolun təhlükəsizliyini Rusiya FTX-nin Sərhəd Qoşunları təmin etməli, Ermənistan isə daşınan yük və sərnişinləri öz qanunlarına əsasən yoxladıqdan sonra buraxılmasını həyata keçirir.

– Ermənistan Naxçıvanı Azərbaycanın Qərb rayonları ilə birləşdirmək üçün 3 yol təklif edir. Yaxın günlərdə daha bir maşrut təklifi verməyə hazırlaşır. Həmin yollardan biri də Arazdəyən-Ordubad-Meğri-Horadiz dəmir yoludur.

– Sərhədlərin demarkasiya və delmitasiyasında öncə Azərbaycan və Ermənistan qoşunları sərhəddəki mövqelərindən güzgü formasında geri çəkilir.

– Dağlıq Qarabağda Ermənistan ordusunun olub olmadığını müəyyən etmək üçün Azərbaycan özü bölgəyə müşahidə missiyası göndərə bilər.

– Dağlıq Qarabağdakı “müdafiə ordusu”nun sayının minimuma endirilməsi üçün Azərbaycan beynəlxalq təminatlarla silahsızlaşdırılmış zona yaratmalıdır.

– Ermənistan-Azərbaycan sərhəd zolağı ilə bağlı demilitarizasiya aparılmalı, 1991-ci ildə bərpa edilmiş sərhəddən qoşunların çıxarılmasını, sərhədin hər iki tərəfində 3 kilometrlik hərbsizləşdirilmiş zona yaradılmalı, Azərbaycan Ordusu hazırkı mövqelərini tərk edərək,2021-ci ilin may ayındakı mövqelərinə qayıtmalıdır.

– İtkin düşmüş və girov götürülmüş şəxslərlə bağlı Azərbaycan I Qarabağ savaşında 777, II Qarabağ savaşında 203, sentyabrın 13-dən itkin düşmüş 16 erməni əsgərinin meyitlərini Ermənistana təhvil verməli və ya onların harada dəfn olunduqları barədə məlumat mübadiləsi aparmalıdır.

P.S. Qeyd edək ki, Ermənistan baş nazirinin son çıxışı və səsləndiyi fikirlər bu ölkənin Azərbaycanla heç bir şəkildə sülh müqaviləsi bağlamaq fikrində deyil və bunun perspektivi də görünmür. Paşinyanın birmənalı olaraq təhdid və sayğısızlıq dilində danışması, habelə sənədləri və faktları saxtalaşdırması Ermənistanın revanşa hazırlaşması anlamına gəlir. Rəsmi Bakı Paşinyanın bu açıqlamasına real və açıq şəkildə cavab verməli, indiyə qədər apardığı və ictimiyyətdən saxladığı danışıqlar barədə geniş açıqlama verməlidir.  

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button