Sabah, 12 sentyabr, saat 11:00-da siyasi partiya rəhbərlərinin, hüquq müdafiəçilərinin, jurnalistlərin, beynəlxalq təşkilarların nümayəndələrinin və ziyalıların iştirakı ilə tanınmış jurnalist Əvəz Zeynallının və tanınmış vəkil Elçin Sadıqovun həbsi, onların müdafiəsi ilə bağlı geniş toplantı keçiriləcək. JAMAZ.İNFO xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Zəfər Əhmədov məlumat yayıb.
O bildirib ki, görüş Müsavat Partiyasının qərargahında keçiriləcək. “Sizi də bu görüşdə görməkdən, fikirlərinizi və təkliflərinizi eşitməkdən məmnun olarıq”.